https://525.az/img/pics/medium/2024-12/336689_uw2wq1gji5.jpg İnsanın atmosferə təsiri: ekoloqların diqqət mərkəzindəki mühüm amil
https://525.az/img/pics/medium/2024-06/316769_bthyu1qmb2.jpg Yeni yaradıcılıq zirvələrinə doğru
https://525.az/img/pics/medium/2024-12/336670_3mgmm3aol8.jpg Kamalə Abiyevanın imza günü
https://525.az/img/pics/medium/2024-10/331317_9oja8tni6h.jpg Oxuyan Kovboy - Kamil Əfsəroğlu yazır
search
12 Dekabr 2024

Ayxan Abbasov: "Nəticə bizi narahat edir"

Ayxan Abbasov: "Nəticə bizi narahat edir"

"Güclü rəqibə qarşı oynadıq. "Zirə" ötən il yaxşı mövsüm keçirdi. Avrokubokların pley-off mərhələsində iştirak etmişdilər. Onlara qarşı oynamaq çətindir".

525.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda doğma meydanlarında "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyun haqda fikirləri ilə bölüşüb: "Matça pis başlamadıq. İlk dəqiqələrdə epizodları dəyərləndirə bilmirik. Son oyunlar bizi narahat edən odur ki, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bilirdik ki, rəqib müdafiə səhvimizdən istifadə edib qol vura bilər, çünki hücumda kreativ oyunçuları var. Bu da oldu. İkinci hissədə istəyirdik, dəyişiklik edək. Hücuma daha çox atılırdıq, tempi yüksək saxladıq. Bu, bizi sevindirir, amma nəticə bizi narahat edir". 

Mütəxəssis uğursuz nəticələrin gözlənilən olduğunu vurğulayıb: "Çempionatın ilk dövrəsini yaxşı keçirdik. Zədələr, sarı vərəqələr, alternativlərin az olması isə bizə təsir edir. Normal haldır. Mövsümün əvvəlindən bunları gözümüzün qabağına gətirmişdik. Bu dəqiqə lazımdır ki, ruhdan düşməyək. Mübarizə sona qədər gedəcək. Ona görə hədəfimizə çatmaq üçün daha çox çalışmalıyıq. Qışa qədər daha çox xal yığmaq lazımdır ki, təhlükədən uzaq olaq". (QOL.az )

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.