https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Premyer Liqada son 8 mövsümün antirekordu

Premyer Liqada son 8 mövsümün antirekordu

Misli Premyer Liqasının 12-ci turu aşağı məhsuldarlıqla əlamətdar olub. Keçirilən 5 görüşdə 5 qol vurulub. 

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub.

Bu, son 8 mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.