https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026

Messi "Barselona"ya qayıda bilər

Messi "Barselona"ya qayıda bilər

"Barselona"nın sabiq futbolçusu Lionel Messi Kataloniya klubuna qayıda bilər.

QOL.az "Gol Digital"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun keçidi 2026-cı illin yanvarı üçün gözlənilir.

Bildirilib ki, hazırda "İnter Mayami”də çıxış edən futbolçunun klubu ilə müqaviləsi  2025-ci ilin dekabrında başa çatacaq. 2026-cı ilin yayında keçiriləcək dünya çempionatnda çıxış etmək istəyən Messinin isə turnirin başlamasına qədər yaxşı formada qalmaq üçün seçimi doğma klubudur.

Xəbərdə bildirilib ki, "Barselona"nın prezidenti Joan Laporta da Messinin karyerasını bu klubda bitirməsini istəyir. Klub rəhbəri 2021-ci ildə maliyyə problemləri səbəbindən komandadan ayrılan futbolçunun geri qayıtmasında maraqlıdır.

Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Messi 2003-2021-ci illərdə əsas komandada çıxış edib. O, Kataloniya klubunda 520 oyuna 474 qol vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.