Bakının Heydər Əliyev prospektində bu gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər yayıb.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.