https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Salahın gələcəyi ilə bağlı yeni xəbər

Salahın gələcəyi ilə bağlı yeni xəbər

"Liverpul"un vingeri Mohamed Salah klubla mümkün müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

QOL.az xəbər verir ki, "El Nacional" məlumat yayıb.

Salah hələ də avrokuboklar uğrunda mübarizə apara biləcəyini hiss edir. Komandanın  baş məşqçisi Arne Slotun ona göstərdiyi etimad misirli futbolçunu ayrılmaq qərarından daşınmağa  vadar edib.

Səudiyyə Ərəbistanı klublarının Salahı yayda almaq üçün səylərini davam etdirdiyi bildirilir. Onlar 32 yaşlı forvarda ümumilikdə 200 milyon avro maaşla 3 illik müqavilə təklif etməyə hazırdırlar.

Salahın hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Bununla belə, "Liverpul" oyunçunu qalmağa razı salmaq üçün təkmilləşdirilmiş müqavilə hazırlayır.

Qeyd edək ki, Salah cari mövsüm 36 matçda 28 qol vurub, 19 məhsuldar ötürmə verib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.