|
|
|
|

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdən növbəti tranş olaraq Ukraynaya 1 milyard avro köçürüb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.
"Bu gün biz Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya daha 1 milyard avro köçürdük", - o qeyd edib.



