|
|
|
|
“Çox istərdik ki, Avropa Liqasında çıxış edək. Amma Konfrans Liqasında mübarizə aparsaq belə, bu, bizim üçün uğur sayılacaq”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə” klubunun İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün jurnalistlərə deyib.
O, ardıcıl ikinci il ikinci yeri tutmağın böyük uğur olduğunu bildirib: “Ümumən mövsümü “Zirə” üçün uğurlu hesab edirəm. Çünki ardıcıl ikinci dəfədir ki, mövsümü ikinci pillədə başa vururuq. Bu, böyük uğurdur. Buna görə də məşqçi və futbolçu heyətinə təşəkkür edirəm”.
“Zirə”nin Avropa Liqasına yollanmasıü üçün ölkə kubokunun finalında “Qarabağ”a azarkeşlik edəcəksiniz?” sualını O.Məmmədov belə cavablandırıb: “Qoy, güclü qalib gəlsin. Planımda var ki, kubokun finalını stadiondan izləyim. Gözəl futbola azarkeşlik edəcəyəm”.