“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” fərmanda dəyişiklik edilib.
525.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliklə, ləğv edilən fərmanın 2-ci hissəsində qeyd olunur ki, "Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 1992-ci il tarixli fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləği tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilsin.