
İsrail İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni hava hücumundan müdafiə (HHM) vasitələri tətbiq edib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeni hava hücumundan müdafiə vasitələri səkkiz İran PUA-sını vurub.
İsrail Müdafiə Ordusunun məlumatına görə, cümə günündən başlayan münaqişənin əvvəlindən Hərbi Dəniz Qüvvələri 25 PUA-nı məhv edib.



