|
|
|
|
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müalicə Müəssisəsinə müalicə alan, 1960-cı il təvəllüdlü Rahat Abdulla oğlu Abdullayev xəstəlikdən müəssisədə dünyasını dəyişib.
Prokurorluqdan həmçinin bildirilib ki, R. Abdullayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Qeyd edək ki, son vaxtlar məhkumlar arasında xəstəlikdən ölüm halları kəskin artıb. Belə ki, son iki ayda 10-dan çox məhbus xəstəlikdən dünyasını dəyişib.