|
|
|
|
"Qələm" nəşriyyatı "Tarixi şəxsiyyətlər" seriyasından uşaqlar üçün kitab nəşrini davam etdirir. Bu dəfə nəşriyyat Elçin Hüseynbəylinin "Şah Abbas" romanını təqdim edib.
AzərTAc xəbər verir ki, romanı uşaqlar üçün tanınmış şair-tərcüməçi İbrahim İlyaslı işləyib. Şah Abbas Azərbaycan tarixində xüsusi rolu olan tarixi simadır.
Bundan əvvəl nəşriyyat Vasili Yanın "İsgəndər" və "Çingiz xan", eləcə də Uilyam Neyperin "Atilla" əsərlərini uyğunlaşdıraraq nəşr etmişdi.
Nəfis tərtibatlı və yüksək zövqlə hazırlanmış kitab sərfəli qiymətə oxuculara təqdim olunur.
Kitabı şəhərimizin kitab mağaza və köşklərindən əldə etmək olar.