
Suriya prezidenti Əhməd Əl-Şara ABŞ-də bu ölkənin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuperlə görüşüb.
525.az xəbər verir ki, bu barədə Suriya prezidentinin teleqram kanalında məlumat yer alıb.
Bildirilib ki, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Qəsrə və kəşfiyyat direktoru Hüseyn əl-Salamah da iştirak edib.
Suriyada baş verən son hadisələr, siyasi proseslərin dəstəklənməsi, ölkədə təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində atılan addımlar görüşün müzakirə mövzusu olub.
Həmçinin 10 mart müqaviləsinin icra mexanizmlərinin Suriyanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində qiymətləndirildiyi bildirilib.
İbrahim Cəfərov



