
ABŞ Dövlət Departamenti Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri ilə əlaqəli 105 milyon dollar dəyərində avadanlıq və xidmətlərin satışını təsdiqləyib.
525.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışla bağlı yazılı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, paketə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün təyin olunmuş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstəyi elementləri daxildir.
Bəyanatda Patriot sistemləri ilə əlaqəli avadanlıq və xidmətləri özündə birləşdirən paketin ümumi dəyərinin 105 milyon dollar olduğu qeyd edilib.
Layihənin əsas podratçıları ABŞ-da yerləşən “RTX Corporation” və “Lockheed Martin” şirkətləridir.
Qeyd edək ki, Konqresə təqdim edilən silah satışı təsdiqləri üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində Konqresdən heç bir etiraz alınmazsa, silah satışı uğurlu hesab olunur.
İbrahim Cəfərov



