
Moskvanın mərkəzində yerləşən "Radisson Blu" otelində yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, binadan 400-ə yaxın insan təxliyə edilib.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə xəsarət alan olmayıb. Yanğınsöndürənlər və xilasedicilər yanğının fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.
İlkin məlumata görə, yanğın otelin 3-cü mərtəbəsində başlayıb. Alovun digər mərtəbələrə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri haqda məlumat verilmir.
L.Tağıyeva



