
Rusiya ordusu Ukraynaya kütləvi raket hücumu təşkil edib.
525.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşım edib. O bildirib ki, Rusiya ölkəsinə ballistik və kruiz raketləri də daxil olmaqla müxtəlif tipli 48 raket və 470-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum başdıb.

Ternopildə yaşayış binasına endirilən zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) məlumat yayıb. Qeyd olunub ki, hücum nəticəsində 16 uşaq da daxil olmaqla 66 nəfər yaralanıb.
İsgəndər Həsənov



