|
|
|
|

Bu gün Nyu-Yorkda "Sotheby's" Hərrac Evində 100 kq qızıldan hazırlanmış unitaz 11,2 milyon dollara satılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, lotun başlanğıc qiyməti 10 milyon dollar idi.
İtaliyalı rəssam Maurisio Kattelan tərəfindən hazırlanmış unitazın sahibi milyardçı Stiven Koen idi. Yeni alıcının adı açıqlanmır.
Qeyd edək ki, Katellan 2 belə unitaz hazırlayıb. Onlardan biri 2019-cu ildə Uinston Çörçillin bir vaxtlar yaşadığı malikanədən oğurlanıb, hələ də tapılmayıb.
Yeri gəlmişkən, Maurisio Kattelan qeyri-adi əsərləri ilə məşhurdur. Məsələn, ötən il onun skotçla divara yapışdırdığı banan 6,2 milyon dollara satılmışdı.
L.Tağıyeva



