
Türkiyənin Rize şəhərində bədbəxt hadisə baş verib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rizenin Çayeli bölgəsinin Erenler kəndində iş yerində taxta konstruksiya çöküb.
Məlumata görə, arı pətəyi qoymaq üçün istifadə edilən taxta konstruksiyanın dayaq ipi qəfildən qopub. Nəticədə konstruksiya çöküb və üç nəfər altında qalıb. Onlardan ikisi hadisə yerində ölüb. Ağır yaralanan üçüncü şəxs isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başlayıb.
İsgəndər Həsənov




