
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanının püskürməsi nəticəsində dağda qalan 178 alpinist xilas edilib.
525.az xəbər verir ki, bu barədə İndoneziyanın “Antara News” agentliyi məlumat yayıb.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyindən (BASARNAS) verilən açıqlamada qeyd edilib ki, vulkanın püskürməsi nəticəsində dağ yolunda sıxışıb qalan 178 alpinist aşkar edilib. Onların 2400 metr hündürlükdə krater gölünün olduğu Ranu Kumbolo bölgəsindən enmələrinə köməklik göstərilib.
Bundan başqa, bildirilib ki, Semeru vulkanının püskürməsi dayansa da, fövqəladə vəziyyət qərarı qüvvədədir və bu səbəbdən də 300 nəfər təxliyə edilib.
İbrahim Cəfərov



