
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə qatılan “Qərb” hərbi birləşməsinə məxsus komanda məntəqəsinə baş çəkib.
525.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, komanda məntəqəsində çıxış edən Putin Ukrayna rəhbərliyinin cinayətkar qruplaşmaya çevrildiyini bildirib:
“Keçən ilin martından Ukraynanın siyasi rəhbərliyi hakimiyyəti qəsb edib və Rusiya ilə müharibəni davam etdirmək bəhanəsi ilə varlanmaq üçün bu hakimiyyəti əlində saxlayan mütəşəkkil cinayətkar qruplaşmaya çevrilib”.
Rusiya ordusunun qarşıya qoyulan hədəfə çatacağını vurğulayan Putin deyib:
“Rus xalqı bizə güvənir və ölkənin ehtiyac duyduğu lazımi nəticələri gözləyir”.
Ordu daxilindəki təyinatlardan danışan Rusiya prezidenti Cənub Hərbi Qrupunun komandiri Aleksandr Sançikin müdafiə nazirinin müavini, bölmənin qərargah rəisi Sergey Medvedevin isə cənub qrupunun komandiri təyin edildiyini açıqlayıb.
İbrahim Cəfərov



