
Banqladeşin Narsinqdi bölgəsində 5.5 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Episentri Narsingdidən təxminən 14 kilometr cənub-qərbdə olan yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Banqladeş Meteoroloji Departamentinin yaydığı məlumata görə isə paytaxt Dəkkədən təxminən 25 kilometr aralıda qeydə alınan zəlzələ 5.7 bal gücündə olub.
Banqladeşin “Dhaka Tribune” qəzetinin yaydığı xəbərə görə, zəlzələ nəticəsində Dəkkədə binanın hasarının çökməsi nəticəsində üç nəfər həlak olub.
İsgəndər Həsənov



