
Rusiya prezidenti Vladimir Putin 25-27 noyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.
525.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip məlumat verib.
“Səfər Qırğızıstan prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələ olacaq. Səfər zamanı yüksək səviyyəli danışıqlar planlaşdırılır. İkitərəfli əməkdaşlığın əsas məsələləri, həmçinin Aİİ (Avrasiya İqtisadi), , MDB, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunacaq”, - o bildirib.
Pərvanə Sultanova



