
Qəzza zolağının mərkəzi hissəsində həlak olan daha bir israilli girovun qalıqları aşkar edilib.
525.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telkanalı məlumat yayıb.
Qeyd olunub ki, cəsəd Nuseyrat qaçqın düşərgəsinin şimalındakı ərazidə tapılıb.
Xatırladaq ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağındakı münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılaşma imzalayıblar. Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Pərvanə Sultanova



