
İsrail ordusu Livanın paytaxtı Beyrutu bombalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee Beyrutun Dahiya rayonuna hücum təşkil edildiyini açıqlayıb. O, İsrail ordusunun hücumunda Hizbullahın yüksək vəzifəli bir şəxsinin hədəf alındığını söyləyib.
Livanın rəsmi xəbər agentliyi NNA, Dahiya rayonuna hücumlarda çoxsaylı insanın yaralandığı barədə məlumat yayıb. Qeyd olunub ki, Hreyk məhəlləsindəki bir binaya üç raket atılıb və əraziyə çoxsaylı təcili yardım maşınları göndərilib.
Livan hakimiyyəti hələlik hücum və ya itkilərlə bağlı rəsmi açıqlama verməyib.
İsrail mediası isə hücumun ABŞ-ın sanksiya siyahısındakı Hizbullahın yüksək vəzifəli şəxsi Heytəm Əli Təbatəbaiyə qarşı yönəldiyini iddia edib.
İbrahim Cəfərov



