
Almaniyada yağan güclü qar həyatı iflic edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bavariyanın Maxhütte-Haidhof şəhəri yaxınlığında yolların buzlaması səbəbindən baş verən qəzada üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Oldenburqun şimal bölgəsində isə ümumilikdə 42 qəza qeydə alınıb.
Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin cənub və cənub-şərq bölgələrində qar yağışı, donma temperaturu və nəqliyyatın hərəkətində fasilələrin bu gün də davam edəcəyi barədə xəbərdarlıq edib.
Həmçinin Bavariyanın 25 əyalətində hava şəraiti ilə əlaqədar qırmızı həyəcan siqnalı elan edilib.
İsgəndər Həsənov



