
Italiyada ağlasığmaz hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı kişi üç il əvvəl vəfat etmiş anasını təqlid edərək onun maaşını almağa davam edib. Yerli media hadisəni Robin Uilyamsın əfsanəvi filmi olan "Dayə"yə istinad edərək "Sikkə skandalı" adlandırıb.
İtaliya mətbuatının yazdığına görə, Qraziella Dall'Oglio 82 yaşında vəfat edib. Lakin ölüm xəbəri verilməyib. Anasının cəsədini yataq torbasına qoyub evdəki camaşırxanada gizlədən kişi, anasına tam bənzəmək üçün makiyaj edib və saçlarını və geyimlərini onun stilinə uyğunlaşdırıb.
Hətta dövlət idarəsində anasının şəxsiyyətini yeniləməyi bacarıb. Beləliklə, o, üç evdən ibarət əmlak portfeli və təxminən 61.000 dollar illik maaş almağa davam edib.
Yalnız 3 ildən sonra bir dövlət məmuru hadisədən şübhələnərək polisə məlumat verib. Fotoşəkillərin müqayisəsindən sonra kişinin anasını təqlid etdiyi və saxtakarlıqla əməkhaqqı aldığı ortaya çıxıb. Evində aparılan axtarış zamanı Dall'Oglionun mumiyalanmış cəsədi tapılıb.
Kişi hazırda cəsədi gizlətmək və sosial təminat fırıldaqçılığı ittihamları ilə həbsdədir.
İbrahim Cəfərov



