
Yaponiyada 5,7 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Bildirilib ki, episentri Kumamoto əyalətinin Aso rayonu olan yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami riskinin olmadığını açıqlanıb.
İbrahim Cəfərov



