
Udo adasında, Çeçju kurort şəhərində sürücü mikroavtobusu turistlərin üzərinə sürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə dayanacağa dəyərək dayanan nəqliyyat vasitəsinin 1 sərnişini, piyadalardan isə ikisi ölüb.
10-dan çox piyada müxtəlif dərəcəli bədən xəsarətiləri alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırmalara başlayan polis sürücünün sərxoş olmadığını bildirib. Qəzanın əsl səbəbləri araşdırılır.
Qeyd edək ki, böyük ehtimalla qəza mikroavtobusun nasaz olması üzündən yaşanıb.
L.Tağıyeva



