
Banqladeşin paytaxtı Dəkkədəki gecəqondu məhəllələrinin birində güclü yanğın onlarla evi kül edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın dünən axşam saatlarında başlayıb.
Korayl rayonundakı yanğının söndürülməsinə 19 texnika və 100-ə yaxın canlı qüvvə cəlb olunub. 5 saatlıq mübaridən sonra alov ram edilib. 80 mindən çox sakin təhlükəsiz əraziyə köçürülüb.
Qeyd edək ki, yanğının səbəbləri bəlli deyil. İnsan tələfatı barədə də məlumat yoxdur.
L.Tağıyeva



