
ABŞ-də 141 yaşlı Nənə ləqəbli tısbağa öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tısbağanın məskunlaşdığı San-Dieqo zooparkı məlumat yayıb.
Bir mənbədə 1928, digər mənbədə isə 1931-ci ildə Bronksdan zooparka gətirilən Nənə Quru tısbağaları fəsiləsinin Fil tısbağası (Chelonoidis elephantopus) növündən idi. Bu tısbağalar vəhşi təbiətdə 100 ildən çox yaşayır. Zooparklarda isə hətta 2 dəfə çox həyatda qala bilirlər. Məsələn, Avstraliyadakı zooparkların birində məskunlaşdırılmış Harrit ləqəbli fil tısbağasının 175 il yaşadığı məlumdur.
2 dünya müharibəsindən sağ çıxmış tısbağa uzun illər idi ki, zooparkın ən sevimli heyvanlarından biri olub.
Nənə son vaxtlar sümüklərində yaranmış problemlərdən əziyyət çəkirmiş. Bu üzdən veterinarlar onun evtanaziyasına qərar veriblər.
L.Tağıyeva



