
Dünyanın ən çox əhalisi olan 20 şəhərinin siyahısı açıqlanıb.
525.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi yeni hesabata əsasən, İndoneziyanın paytaxtı Cakarta 42 milyon əhali ilə dünyanın ən sıx şəhəridir. Banqladeşin paytaxtı Dəkkə 36 milyon 585 min əhali ilə ikinci pillədə qərarlaşıb. Dünyanın ən çox əhalisi olan şəhərlərinin ilk üçlüyünü isə Tokio qapayır. Yaponiya paytaxtının əhali sayı 33 milyon 413 mindir.
Dünyanın ən çox əhalisi olan 20 şəhərinin siyahısında həmçinin Yeni Dehli (30 milyon 222 min), Şanxay (29 milyon 559 min), Quangjou (27 milyon 563 min), Qahirə (25 milyon 566 min), Manila (24 milyon 735 min), Kəlküttə (22 milyon 550 min), Seul (22 milyon 490 min), Karaçi (21 milyon 423 min), Mumbay (20 milyon 203 min), San Paulo (18 milyon 950 min), Banqkok (18 milyon 180 min), Mexiko (17 milyon 734 min), Pekin (17 milyon 13 min), Lahor (15 milyon 156 min), İstanbul (15 milyon 15 min), Moskva (14 milyon 525 min) və Ho Çi Min (14 milyon 53 min) yer alıb.
İbrahim Cəfərov



