
Honkonqun Tai Po rayonunda səkkiz mənzilli kompleksdə güclü yanğın baş verib.
525.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, 1900-dən çox mənzilin yerləşdiyi kompleksdə baş verən yanğında 36 nəfər ölüb, 29 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Yanğın səbəbindən ətrafdakı iki kompleks boşaldılıb və sakinlərin gecələmələri üçün ictimai yerlər açılıb.
Hadisə yerinə 140-dan çox yanğınsöndürən maşın, 800-dən çox tibb işçisi və yanğınsöndürən cəlb olunub.
Nəqliyyat Nazirliyi yanğınla əlaqədar ətraf yolların bağlandığını açıqlayıb.
Yanğının səbəbi hələlik məlum deyil.
İbrahim Cəfərov



