
Böyük Britaniyada villalara və taksi xidmətinə vergi tətbiq ediləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasındakı çıxışı zamanı Birləşmiş Krallığın maliyyə naziri Peyçel Rivs bildirib.
Nazirin sözlərinə görə, 2 milyon funt sterlinqdən çox dəyəri olan villa sahibləri illik 2,5 min funt sterlinq vergi ödəyəcəklər. Tikililərin qiyməti artdıqca verginin həcmi də çoxalacaq.
Bunun sayəsində büdcəyə ildə 400 milyon funt sterlinq vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, nazir taksi xidmətlərində də vergilərin tətbiq olunacağını bildirib. Yeni qərarlar "Uber" və "Bolt"a şamil olunacaq.
L.Tağıyeva



