
Nigeriyada prezidenti Bola Tinubu ölkədə fövqəladə vəziyyət elan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ilk olaraq prezidentin informasiya və strategiya üzrə xüsusi məsləhətçisi Bayo Onanqua sosial şəbəkə hesabında paylaşım edib.
Ölkənin bəzi bölgələrində baş verən özbaşınalıqların qarşısını almaq üçün bu ərazilərə əlavə polis və hərbi qüvvələr göndərilib.
Qeyd edək ki, asayişi qorumaq üçün mülki əhalidən polis sıralarına 20 min əlavə insanın cəlb olunacağı gözlənilir.
L.Tağıyeva



