
Kunmin şəhərində test yürüşü edən qatar dəmir yolunda 13 işçini vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kunmin Dəmiryol İdarəsi məlumat yayıb.
Bu gün səhər saatlarınba baş verən qəza 11 işçinin həyatına son qoyub. Sağ qalmış 2 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, hüquq-mühafizə orqanları qəzanın səbəbini və səbəbkarları araşdırılar.
L.Tağıyeva



