
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır”.
525.az xəbər verir ki, bu barədə KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitindən sonra qəbul edilmiş Bəyannaməsində bildirilir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq", - sənəddə deyilir.
Pərvanə Sultanova



