
İndoneziyanın Aceh bölgəsində 6,6 bal gücündə zəlzələ olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Episentri Aceh əyalətinin cənub-qərbində, Simeulue adasındakı Sinabang qəsəbəsindən təxminən 45 kilometr şimal-qərbdə olan yeraltı təkanlar 26 kilometr dərinlikdə baş verib.
Dağıntılar və tələfat barədə məlumat verilməyib. Həmçinin zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb.
İsgəndər Həsənov



