
Litva höküməti burada yerləşən ABŞ hərbçilərinin bütün xərclərini qarşılayacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.
2014-cü ildən ölkədə 1000 civarında ABŞ hərbçisi var. İndən belə onların xərclərini Litva qarşılayacaq. Bura Pabrad poliqonunda yeni infrastrukturun qurulması da daxildir.
Qeyd edək ki, litvalı nazir sözügedən qərarın ölkəsinin ABŞ-nin müttəfiqi olmasının sübutu kimi qələmə verib.
L.Tağıyeva



