
Avstraliyada akula 2 nəfərə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə onlardan biri ölüb, digəri ağır xəsarətlər alıb.
Hadisə dünən səhər Yeni Cənubi Uels ştatında, Sidneydən 250 km məsafədə yerləşən Kraudi körfəzindəki çimərliklərdən birində baş verib.
Ayağından dişlək yaraları alan kişi ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb. Hücuma məruz qalan digər şəxs qadın imiş və o, kömək gələnə kimi dünyasını dəyişib.
Yeri gəlmişkən, 1791-ci ildən bu günə kimi Avstraliya sahillərində 1280 akulaların insanlara hücum faktı qeydə alınıb. 250 halda bu hücum ölümlə nəticələnib.
L.Tağıyeva



