
Sudanda hərbçilər ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında təxminən üç ildir davam edən qarşıdurma 21,2 milyon insanın şiddətli aclıqla üzləşməsinə səbəb olub.
525.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sosial şəbəkə hesabında paylaşım edilib.
“İki bölgədə aclıq təsdiqlənib. Bununla belə, münaqişənin səngidiyi bölgələrdə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) əhatə dairəsini genişləndirib və aclıq azalıb”, - deyə BMT-nin paylaşımında qeyd olunub.
Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən etibarən ordu ilə xaricdən dəstəklənən Çevik Dəstək Qüvvələri arasında şiddətli döyüşlərə səhnə olub.
İbrahim Cəfərov



