
Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabr 28-də almaniyalı həmkarı İohan David Vadephulun dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunub ki, bu, Hakan Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olacaq.
Türkiyənin XİN rəhbəri sonuncu dəfə 14-17 fevral 2025-ci il tarixlərində keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyaya səfər edib. Almaniyanın xarici işlər naziri Vadephul isə 17 oktyabr 2025-ci ildə Ankarada olub.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Hakan Fidanın Almaniyada fəaliyyət göstərən türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
İbrahim Cəfərov



