
Honkonqun Tai Po rayonunda səkkiz mənzilli kompleksdə baş verən güclü yanğında ölənlərin sayı 83-ə çatıb.
525.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri yanğınsöndürəndir.
Həmçinin 11-i yanğınsöndürən olmaqla 76 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar səslənsə də, hələlik dəd səbəb məlum deyil.
İbrahim Cəfərov



