
"Kitabevim.az" kitab marketində AYBkitab silsiləsindən yeni nəşrin - Xalq yazıçısı Anarın "Göz muncuğu" kitabının imza günü keçirilib. Kitab marketində AYBkitab stendinin açılışı da gerçəkləşib.
Tədbiri giriş sözü ilə açan AYB mətbuat xidmətinin və AYBkitab layihəsinin rəhbəri Xəyal Rza dəvətlilərə layihə ilə bağlı geniş məlumat verib. Sonra "Göz muncuğu" kitabının önsöz müəllifi Pərvin AYBkitab layihəsinin əhəmiyyətindən və Anarın "Göz muncuğu" əsərindən danışıb.
Daha sonra Xalq yazıçısı Anar çıxış edərək, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə, kitabın naşiri Xəyal Rzaya, önsözün müəllifi Pərvinə və oxuculara təşəkkürünü bildirib. Sonda Anar oxucular üçün kitab imzalayıb.



