
Britaniya kralı III Karlla Şahzadə Diananın toyu üçün hazırlanmış şampan şərabı Kopenhagendə təşkil olunacaq hərraca çıxarılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərrac dekabrın 11-də "Bruun Rasmussen" Hərrac Evində keçiriləcək.
Təşkilatçılar lotun 67-80 min avro aralığında satılacağını proqnozlaşdırırlar. 1981-ci ildə qablaşdırılmış içki keyfiyyətini itirməyib və qəbul üçün tam yararlıdır.
Qeyd edək ki, şampan hazırda adı gizli saxlanılan sahibindədir. Onun şərab şüşəsini toydan az sonra İngiltərədən aldığı bildirilir.
L.Tağıyeva



