
Fransada fanatlar "Nitsa"nın futbolçularına hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə komandanın 2 üzvü xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar Jeremi Boqa və Teremi Moffi hazırda həkim nəzarətindədir. Boqa dekabrın 5-də, Moffi isə 1 gün sonra xəstəxanadan buraxılacaq.
Qeyd edək ki, hücum faktı Liqa 1-də "Nitsa"nın "Loryan"a 1:3 hesablı məğlubiyyətindən sonra baş verib. 400-ə yaxın azarkeş klubun bazasına soxulub. Ardıcıl 4 oyundur məğlub olan komandanın baş məşqçisi Frank Ezi istefaya səsləyən azarkeşlər futbolçulara da hücum ediblər. Ən çox xəsarət adıçəkilən futbolçulara dəyib.
L.Tağıyeva



