
2014-cü ildə yoxa çıxmış "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777" təyyarəsinin axtarışları dekabrın 30-da bərpa ediləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat nazirliyi məlumat yayıb.
Əməliyyatı ABŞ-nin "Ocean Infinity" şirkəti aparacaq. 55 günlük əməliyyat zamanı təyyarənin Hind okeanına ehtimal olunan düşdüyü ərazi axtarılacaq.
Xatırladaq ki, MH370 reysi ilə Malayziyanın paytaxtı Kuala Lampurdan Çinə uçan təyyarə 2014-cü il martın 8-də havaya qalxdıqdan 40 dəqiqə sonra radarlardan itib. İndiyə kimi aparılan axtarışlar bir nəticə verməyib. Təyyarənin göyərtəsində olan 227 sərnişin və 12 ekipaj üzvü həlak olmuş hesab edilir.
L.Tağıyeva



