
Böyük Britaniya Ukraynaya əlavə 10 milyon funt-sterlinqlik yardım paketi hazırlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri İvette Kuper deyib.
Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edən Kuper jurnalistlərə açıqlama verib.
O, Rusiyanın son hücumlar zamanı Ukraynanın enerji infrastrukturunu hədəf aldığını qeyd edib.
"Bu hücumlar yüz minlərlə insanın işıqsız qalmasına səbəb olub. Buna görə də Böyük Britaniya Ukraynanın enerji infrastrukturuna və təmir işlərinə dəstək olmaq üçün əlavə 10 milyon funt-sterlinq yardım paketi elan edir. Putin Ukraynanı qaranlığa qərq etməyə çalışsa da, biz işimizi davam etdirəcəyik”, - deyə Böyük Britaniyanın XİN başçısı bildirib.
İbrahim Cəfərov



