
Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Fabrika və Gəmiqayırma Əməliyyatları Korporasiyası (ASFAT) ilə Rumıniya arasında müqavilə imzalanıb.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu müqavilə ilə Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqı (Aİ) üzvü olan bir ölkəyə döyüş gəmisi satıb.
ASFAT İstanbul Gəmiqayırma Zavodunda 2024-cü ildə tamamlanan “TCG Akhisar” gəmisinin Rumıniya Dəniz Qüvvələri Komandanlığına uğurla ixrac edildiyini açıqlayıb.
Bu razılaşmanın Türkiyənin müdafiə ixracatında əhəmiyyətli bir mərhələ olduğu və iki ölkə arasında hərbi əməkdaşlığın yeni səviyyəyə çatdığı qeyd edilib.
Həmçinin açıqlamada bunun Türkiyənin NATO və ya Aİ üzvü olan bir dövlətə ilk döyüş gəmisi satışı olduğu və bunun təkcə ASFAT-ın deyil, həm də Türk müdafiə sənayesinin beynəlxalq arenada əldə etdiyi etibarlılığın, keyfiyyətin və texnoloji səriştənin konkret nümayişi kimi qiymətləndirildiyi qeyd edilib.
İbrahim Cəfərov



