
Kanadada lotoreya oyununda 40 milyon Kanada dolları (təxmini 48 milyon 600 min manat) məbləğində uduşun sahibi 1 aydan çoxdur ki, üzə çıxmayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məbləğ "Lotto Max" lotoreya oyununun oktyabrın 28-də keçirilən tirajında udulub.
Amma 7 rəqəmi doğru tapan qalibin kimliyi hələ də bəlli deyil. "Lotto Max"ın nümayəndələrinin verdiyi məlumata görə, yeganə məlum olan qalib biletin Ontarionun cənubundakı Qrey qraflığında doldurulmasıdır.
Qeyd edək ki, naməlum qalib indən belə 1 müddətində pulu götürməsə, məbləğ uduğ fonduna keçiriləcək.
L.Tağıyeva



