
Əlcəzairin cənubunda, Beşar və Tinduf şəhərlərini birləşdirən avtomobil yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.
Yerli KİV-nin verdiyi məlumata görə avtobus Tebelballa şəhəri yaxınlığında idarəetmədən çıxaraq arxası üstə aşıb. Qəzanın səbəbləri araşdırılır.
Ölkə prezidenti Əbdülməcid Tebbun hadisə ilə bağlı kədərləndiyini bildirib və həlak olanların yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Əlcəzairdə cari ilin avqustunda da oxşar hadisə yaşanmışdı. Həmin vaxt Xaraş dairəsində sərnişin avtobusunun çaya aşması üzündən 18 nəfər həlak olmuşdu.
L.Tağıyeva



