
Türkiyənin Van şəhərində zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, Vanın Tuşba bölgəsində 4.6 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla 22:17-də baş verən yeraltı təkanlar 6.11 km dərinlikdə qeydə alınıb.
Zəlzələ ətraf bölgələrdə də hiss olunub.
İbrahim Cəfərov



